"Mançester Yunayted"in fransız yarımmüdafiəçisi Pol Poqba "Yuventus"a keçmək naminə maaşını iki dəfə azaltmağa hazırdır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınan jurnalist Alfredo Pedulla sosial şəbəkə hesabından məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, ingilis klubunda ildə təxminən 15 milyon avro alan yarımmüdafiəçi "Yuventus"un 7-8 milyonluq təklifini qəbul edəcək.
Pol Poqba bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 27 oyuna çıxıb. O, bir qol vurub, doqquz məhsuldar ötürmə edib. Onun ingilis klubu ilə müqaviləsi 30 iyun 2022-ci ilə qədərdir.
Qeyd edək ki, bundan əvvəl “Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik Pol Poqbanın “qırmızı şeytanlar”ın heyətində son matçına çıxdığını söyləyib.
Mirağa