Futbol üzrə Ukrayna millisi 2022-ci il dünya çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Almaniyada təlim-məşq toplanışındadır.
Fanat.Az xəbər verir ki, sabah Mönhenqladbax “Borussiya”sı ilə yoldaşlıq oyunu keçirəcək "sarı-göylər" meydana xüsusi formada çıxacaqlar.
Ukrayna Futbol Assosiasiyası ölkəyə dəstək olmaq üçün "United 24" adlanan vəsaittoplama platformasına qoşulub. Bu məqsədlə oyunçular sabahkı görüşə xüsusi futbolkalarda çıxacaqlar. Yoxlama oyunlarından sonra forma hərraca çıxarılacaq.
Yeni formanın dizaynının əsas komponentləri "Ukrayna naminə birlik" və U24 platformasının qrafikası olan şevrondan ibarətdir. Bundan əlavə, formanın dizaynına iki orijinal element əlavə edilib. Birincisi, Rusiya işğalçılarına qarşı müharibədə Ukraynaya dəstək verən ölkələrin bayraqları şəklində sərhədləri olan xəritədir. İkinci element isə Ukrayna yaşayış məntəqələrinin adları kimi təsvir olunan oyunçuların nömrələridir.