PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının səfiri olacaq.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu bu ölkənin turist siması kimi təqdimat mərasimində iştirak etmək üçün dünən Səudiyyə Ərəbistanına yollanıb.
"Arab News" ölkənin turizm naziri Əhməd Əl-Xatebin tədbirdəki çıxışından sitat gətirib:
“Lionel Messini Səudiyyə Ərəbistanında salamlamaqdan məmnunam. Qırmızı dənizin xəzinələrini kəşf edəcəyiniz, Ciddə mövsümünə baş çəkəcəyiniz və qədim tariximizi öyrənəcəyiniz üçün həyəcanlıyıq.
Bu, Messinin krallığımıza ilk səfəri deyil, sonuncu da olmayacaq!”
Ciddə mövsümü may-iyun aylarında Səudiyyə Ərəbistanında keçirilən turizm festivalıdır. Festival çərçivəsində ölkə üzrə 2800-ə yaxın tədbir keçiriləcək.
Mirağa