İngiltərə Premyer Liqasında 33-cü turdan təxirə salınmış bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, “Liverpul” səfərdə “Aston Villa”nın qonağı olub.
Görüş "mersisaydlılar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Liverpul"un lider “Mançester Siti” ilə xalları bərabərləşib – 86. Lakin "şəhərlilər"in ehtiyatda bir oyunu var.