"Liverpul" İngiltərə çempionatı tarixinin ən yaxşı nəticəsini təkrarlayıb.
Fanat.Az xəbər verir ki, "qırmızılar"ın bir mövsümdə 3 futbolçusu 15 və daha artıq qol vurub.
Bunlar Məhəmməd Salah (22), Sadio Mane (15) və Dioqu Jotadır (15).
Daha öncə yalnız "Mançester Siti" belə uğura imza atmağı bacarıb. 2013/2014 mövsümündə "şəhərlilər"in heyətində Yaya Ture, Serxio Aquero və Edin Ceko hərəyə 15 və daha artıq qol vurmuşdu.
Xatırladaq ki, "Liverpul" dünən "Aston Villa"nı 2:1 hesabı ilə məğlub edib. Qollardan birinin müəllifi Mane olub.
Nihat