"Real Madrid"in hücumçusu Kərim Benzema son illər onu təqib edən ifrat sağçı fəaldan məhkəməyə şikayət edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Kick" məlumat yayıb.
Mənbənin məlumatına görə, Demyen Re adlı şəxs futbolçunu terrorçulara kömək etməkdə ittiham edir. O, sosial şəbəkələrdə Benzemanı hətta terror qruplaşmasının üzvü adlandırıb. Futbolçu ifrat sağçı fəalı böhtan və yalan məlumat yaydığına görə məhkəməyə verib.
Xatırladaq ki, “Real Madrid”in hücumçusu Kərim Benzema bundan əvvəl “Olimpiakos”un yarımmüdafiəçisi Matye Valbuenanı şantaj etməkdə təqsirli bilinib. Ulduz forvard 2015-ci ildə vasitəçi kimi rol oynayıb və Fransa millisindəki komanda yoldaşını videonu yayımlamamaq üçün şantajçılara pul ödəməyə təhrik edib. Buna görə o, bir il şərti həbs və 75 min avro cərimə cəzasına məhkum edilib.
Mirağa