Konfederasiya Kuboku üçün Braziliyada olan Mario Balotelli yenə insanları təəccübləndirib.
İdman24.az xəbər verir ki, bu gün Braziliya ilə qarşılaşacaq İtaliya yığmasının üzvü gecə çölə çıxma qadağasına baxmayaraq küçəyə çıxıb və Salador de Bahianı gəzib. Sevgilisi ilə gəzən oyunçu məlum etiraz aksiyalarına məhəl qoymayıb.
Qeyd edək ki, Braziliyada etiraz aksiyaları davam edir.
İdman24.az