"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Çelsi"nin müdafiəçisi Antonio Rüdiger, eləcə də PSJ-nin hücumçusu Kilian Mbappenin İspaniya nəhənginə mümkün transferi barədə danışıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin "Mundo Deportivo"ya açıqlaması belə olub:
“Mövsümün finalından sonra bu haqda danışmaq üçün vaxt olacaq. Hazırda mövsümü yüksək səviyyədə başa vurmağa çalışırıq. Başa düşürəm, mövzunuz çox deyil, ancaq indi transfer bazarı və gələcək haqqında danışmaq mənə səhv görünür. “Levante” ilə qarşıdakı oyundan başqa heç nə haqda danışmaq istəmirəm. Yeri gəlmişkən, Tibo Kurtua, Vinisius Junior, Kərim Benzema bu oyunda sıraya dönəcək. Qarşılaşmaya hazırlaşmalıyıq. İndi "Real Madrid"in mümkün transferləri haqda danışmağın vaxtı deyil”.
Qeyd edək ki, "Real" "Levante" ilə sabah üz-üzə gələcək.
Mirağa