"Mançester Siti"nin braziliyalı hücumçusu Qabriel Jezusun agenti Marselo Pettinati müştərisinin London "Arsenal"ına mümkün keçidindən danışıb.
Fanat.Az xəbər verir ki, onun söylədiklərini tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən ictimaiyyətə çatdırıb:
"Qabriel Jezusla bağlı "Arsenal"la danışıqlarımız olub. Klubun yeni hədəfləri xoşumuza gəlir. Hazırda müzakirələr davam edir. "Arsenal"dan başqa, Qabrielin xidmətində daha beş klub maraqlıdır. O, indi "Mançester Siti"nin bu mövsüm keçirəcəyi son matçlara köklənib. Gerisini zaman göstərəcək".
Qeyd edək ki, daha öncə "şəhərlilər"in Erlinq Holandı transfer edəndən sonra Jezusla vidalaşacağı barədə xəbərlər yayılıb.
Nihat