Almaniya Bundesliqasında yerini qorumağa çalışan "Herta" baş məşqçi Feliks Maqatla yollarını ayıracaq.
Fanat.Az “Sport Bild”ə istinadən xəbər verir ki, klub bossları artıq yeni namizədini də müəyyənləşdirib.
Mənbənin məlumatına görə, berlinlilər "Mayns"ın keçmiş oyunçusu, hazırda "Dinamo Moskva"nı çalışdıran Sandro Şvarsla ilkin danışıqlar aparılıb.
Moskva klubu 2024-cü ilə qədər müqaviləsi olan Şvarsdan ayrılmaq istəməsə də, 43 yaşlı almaniyalı mütəxəssis siyasi vəziyyətə görə Rusiyanı tərk etməyi düşünür. Mayın sonunda, konkret, kubokun finalından sonra əməkdaşlığa son verilə bilər.
Mirağa