"Qarabağ" klubu baş məşqçisi Qurban Qurbanovun müqaviləsinin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. O, bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. "Köhlən atlar" ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə də vəsiqə qazanıb.