"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Mançester Yunayted"in keçmiş futbolçusu Patris Evranın onun güclü futbolçulara ehtiyac duymaması ilə bağlı dediklərinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Goal" saytı "şəhərlilər"in çalışdırıcısının dediklərini belə çatdırıb:
“Mənə güclü oyunçular lazım deyil? Razı deyiləm, Patris!
Mən artıq oynamıram. Uğur qazanmaq üçün mütləq yaxşı oyunçulara ehtiyacım var. Əks halda, mən burada olmazdım.
Onun açıqlamalarını oxumamışam və onlardan xəbərim olmayıb. Mən "Barselona"nın, "Bayern Münhen"in baş məşqçisi olmuşam, indi isə burada məşqçilik edirəm və hər yerdə əla, inanılmaz oyunçularım olub. Onların əksəriyyəti dünya çempionatlarının, Avropa birinciliklərinin, Çempionlar Liqası və ölkə çempionatlarının qalibi olub.
Patris, yaxınlıqda olsaydıq, oyunçularımın bütün xarakterlərini sizə göstərərdim. Ola bilsin, Evra haqlıdır, ya da o, öz şərhini daha parlaq etməyə çalışır ki, “Mançester Yunayted”ə qayıdıb orada işləsin. Ola bilsin ki, indi bunun üçün yaxşı fürsət var!”
Emin