Bu gün Futbol üzrə Türkiyə Kubokunda ikinci finalçı bəlli olub.
Fanat.Az xəbər verir ki, yarımfinalın cavab oyunları çərçivəsində “Sivasspor” “Alanyaspor”u qəbul edib.
İlk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Sivas təmsilçisi cavab oyununda bu üstünlüyünü qollu heç-heçə ilə qoruyub və finala yüksəlib.
"Qırmızı-ağlar"ın finaldakı rəqibi dünən ölkə çempionu "Trabzonspor"u 4:2 hesabıyla məğlub edən (ilk oyunda trabzonlular 1:0 hesablı qələbə qazanmışdı) “Kayserispor” olacaq . Həlledici matç mayın 26-da keçiriləcək.
Türkiyə Kuboku
Yarımfinalın cavab oyunları
10 may
Kayserispor – Trabzonspor 4:2
Qollar: Başsan, 48; 90+6. Hosseini, 59. Tiam, 90+1-pen. – Nvakaeme, 3-pen. Bakasetas, 82.
İlk oyun – 0:1.
11 may
Sivasspor – Alanyaspor 1:1
Qollar: Arslan, 88 – Dyedyu, 78.
İlk oyun – 2:1.