Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün dörd görüş reallaşıb.
Lider “Mançester Siti” səfərdə “Vulverhempton”u darmadağın edərək zirvədəki mövqeyini möhkəmləndirib və əsas izləyicisi “Liverpul”dan uzaqlaşıb.
Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Çelsi” səfərdə “Lids”i böyük hesabla məğlub edib. London təmsilçisi hazırda 70 xalla 3-cüdür.
“Lester Siti” doğma meydanda “Norviç Siti”ni 3 cavabsız qolla yenib.
“Uotford” – “Everton” matçında hesab açılmayıb.
İngiltərə Premyer Liqası
11 may
21-ci turun oyunu
Lester Siti – Norviç Siti 3:0
Qollar: Vardi, 54; 62. Meddison, 70.
30-cu turun oyunu
Uotford – Everton 0:0
33-cü turun oyunları
Lids – Çelsi 0:3
Qollar: Maunt, 4. Pulişiç, 55. Lukaku, 83.
Vulverhempton – Mançester Siti 1:5
Qollar: Dendonker, 11 – De Bruyne, 7; 16; 24; 60. Sterlinq, 84.