"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq yaxın günlərdə "Mançester Yunayted"ə keçəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Jerar Romero yayıb.
Romero transferin bu ay reallaşacağını, "qırmızı şeytanlar"ın Kataloniya klubuna 70-80 milyon avro ödəyəcəyini açıqlayıb.
24 yaşlı de Yonq "Barselona"ya 2019-cu ildə "Ayaks"dan transfer olunub. O, bu mövsüm İspaniya nəhənginin formasıyla 43 matça çıxaraq 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat