Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Calciomercato" nəşri: "Napoli" Fabian Ruisə yeni müqavilə təklif edib. A Seriyası təmsilçisi ispan yarımmüdafiəçini 3,5 milyon avro müqabilində 2027-ci ilə qədər klubda saxlamağı planlaşdırır.
"Mundo Deportivo" nəşri: "Rikard Puç "Barselona"dan ayrılmaq niyyətindədir. Əsas heyətə düşməkdə çətinlik çəkən 22 yaşlı futbolçu klubunu dəyişmək qərarına gəlib.
Bruno Andrade "Uol ESPorte" saytının jurnalisti: "Arsenal" "Mançester Siti"nin hücumçusu Qabriel Jezusun transferi ilə bağlı danışıqları davam etdirir. Mançester təmsilçisi futbolçuya görə 60 milyon avro istəyir. "Arsenal" isə 50 milyon avro ödəmək fikrindədir. Braziliya forvarda 5 illik müqavilə təklif edilib.
Fabritsio Romano, insayder: "Aston Villa" və "Barselona" arasında Filipe Koutiyonun transferi ilə bağlı razılaşma əldə edilib. Tezliklə transferin ictimaiyyətə elan ediləcəyi gözlənilir.
"İnter"in aş direktoru Cüzeppe Maritt: "Dibala əla futbolçudır. Bir çox klubun onu azad agent qismində komandasında görmək istəyəcəyini düşünürəm. Dibalanın keyfiyyətlərini yüksək qiymətləndirirəm".
Baş tutmuş transfer xəbərləri:
Cerri Sen-Jüst (25 yaşlı müdafiəçi)
"Maints 05"dən (Almaniya) "Sportinq"ə (Portuqaliya) keçib.
Transfer məbləği 10 milyon avro olan futbolçu klubla 3 illik müqavilə imzalayıb.
Emin Şəmsiyev