"Çelsi" klubu yeni sponsorla anlaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Xəbərə görə, London təmsilçisi kriptovalyuta qrupu "WhaleFin" ilə müqavilə imzalayacaq. Bu sözləşmədən klubun qazancı 20 milyon funt-sterlinq (24,4 milyon dollar) olacaq.
Sponsorluq müqaviləsi İngiltərə Premyer Liqa çempionatının növbəti mövsümündən qüvvəyə minəcək.
Qeyd edək ki, "Çelsi"nin kriptovalyuta aktiv platforması ilə ilkin razılaşması bu ilin yanvarında, Roman Abramoviçin klubu satışa çıxarmaq və Böyük Britaniyada ona qarşı sanksiyalar tətbiq etmək qərarından əvvəl əldə edilib.
Xatırladaq ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb. Bu səbəbdən, funksioner fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb. ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrup klubun alınması ilə bağlı ilkin razılıq əldə edib.
Röya