“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne futbol üzrə İngiltərə çempionatının 33-cü turunun matçında “Vulverhempton”un qapısından 4 qol keçirib. "Şəhərlilər"in 5:1 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmanın ardından komandanın baş məşqçisi Xosep Quardiola belçikalının poker etməsindən "məyus olduğunu" söyləyib.
Fanat.Az xəbər verir ki, "The Guardian" mütəxəssisin dediklərini belə çatdırıb:
“Mən ondan çox məyus oldum. Çünki De Bröynenin zərbələrindən biri zamanı top dirəyə dəydi və nəticədə beşinci qolunu vura bilmədi. O, həmişə qol ötürməsi verməyi hədəfləyən oğlandır.
Mənə elə gəlir ki, Kevin qol vurmaqdan həzz almağa başlayır. Əvvəllər yalnız ötürmələri var idi, amma indi yəqin ki, öz-özünə “qol vurduğum üçün komanda yoldaşlarımın məni qucaqlamağa qaçması xoşuma gəlir”, - deyir. Məncə, belə yaxşıdır".
Emin