Ukraynalı cinah yarımmüdafiəçisi Andrey Yarmolenko "Vest Hem"i tərk etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, baş məşqçi Devid Moyes müqaviləsi iyunun sonunda başa çatdıqdan sonra futbolçunun ayrılmaq qərarını dəstəkləyir.
Anlaşmada onu sonradan uzatmaq nəzərdə tutulsa da, Moyes yeni müqavilə üçün israr etməyəcək.
Bu mövsüm Yarmolenko 31 matçda iştirak edib. Bu oyunlarda o, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Vest Hem" Yarmolenkonu 2018-ci ilin yayında 20 milyon avroya transfer etdi.
Mirağa