Niderlandın "Ayaks" klubu yeni baş məşqçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, hazırda Belçika "Brügge"sini çalışdıran Alfred Sxröder komandanın "sükanı arxası"na gətirilib.
Amsterdam təmsilçisinin rəsmi saytı bu barədə açıqlama yayıb. 50 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Niderlandlı baş məşqçi bu postda İngiltərənin "Mançester Yunayted" klubuna keçən Erik ten Haqı əvəzləyib.
Qeyd edək ki, Alfred Sxröder 2018/2019 mövsümündə "Ayaks"da köməkçi məşqçi işləyib.