11:10 13.05.2022 396

Günün transfer xəbərləri: Mbappe Makronun təzyiqindən qorxur

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

“Marca” nəşri: "Real Madrid"ə keçməyi planlaşdıran Mbappe PSJ-də böyük təzyiq altındadır. Fransa prezidenti Emmanuel Makron hücumçunun Paris klubunda qalması üçün ona və ailəsinə zəng edib. Mbappeyə Qətərdən və Fransa Futbol Federasiyasından da zənglər gəlir. Kilian ailəsi, xüsusilə, PSJ akademiyasında olan kiçik qardaşı Etana görə qorxur. Bununla belə, o, "Real Madrid"ə qoşulmaq niyyətindən əl çəkməyib".

BBC: "Vest Hem" Andrey Yarmolenko ilə müqaviləni yeniləməyəcək. 32 yaşlı futbolçu klubun ən çox maaş alan oyunçularından biridir və baş məşqçi Devid Moyes mövsümün sonunda onunla yollarını ayırmaq qərarına gəlib".

Moskva MOİK-inin türkiyəli yarımmüdafiəçisi Yusuf Yazıcının agenti Adam Çebeci: “Yazıcının MOİK-ə transferi demək olar ki, başa çatıb. Onların arasında xüsusi sevgi var. Yazıcı gələn il başqa komandaya keçmək istəsə, ruslar onun satışında pul qazanacaq. Moskva klubunun idarəçiləri bizimlə çox gözəl ünsiyyət qurur. MOİK ailəsi xüsusi hörmətə layiqdir. Biz mütləq buna qarşılıq verəcəyik".

"Borussiya Dortmund"un baş məşqçisi Marko Rouz: “Aksel Vitsel əla oyunçudur. O, bizim üçün çox vacib matçlarda oynayıb. Bununla belə, müqaviləni yeniləməmək qərarına gəlmişik”.

"Spartak"ın müdafiəçisi Maksimiliano Kofri: "Barselona" oynamaq? Ha-ha. Nə "Barselona"? “Spartak”da oynamaq istəyirəm!".

"The Telegraph" nəşri: "Sauthempton" "Fiorentina"nın polşalı qapıçısı Bartlomey Dronqovskini transfer etməyi planlaşdırır. “Müqəddəslər” yay transfer pəncərəsində 24 yaşlı qapıçı üçün 10 milyon funt-sterlinq ödəməyə hazırdır". 

"Marca" nəşri: "Marselo daha bir mövsüm "Real Madrid"də qalmaq istəyir. Braziliyalı futbolçunun Madrid klubu ilə indiki müqaviləsinin müddəti 30 iyun 2022-ci ilə qədərdir. "Real Madrid" 34 yaşlı futbolçu ilə müqaviləni uzatmaq istəyi barədə məlumat verməyib".

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X