PSJ-nin hücumçusu Lionel Messi son bir ildə ən çox qazanan idmançısıdır.
Fanat.Az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Mənbənin məlumatına görə, 2021-ci il mayın 1-dən 2022-ci il mayın 1-dək olan müddətdə argentinalı 130 milyon dollar əldə edib ki, bunun 75 milyonu onun maaşı, daha 55-i isə sponsorluq və reklam müqavilələrindən əldə olunan gəlirdir.
İlin ən çox qazanan 10 idmançısı aşağıdakılardır:
1. Lionel Messi (futbol) - 130 milyon dollar
2. Lebron Ceyms (basketbol) - 121,2 milyon
3. Kriştianu Ronaldu (futbol) - 115 milyon
4. Neymar (futbol) - 95 milyon
5. Stiven Karri (basketbol) - 92,8 milyon
6. Kevin Durant (basketbol) - 92,1 milyon
7. Rocer Federer (tennis) - 90,7 milyon
8. Saul Alvares (boks) - 90 milyon
9. Tom Bredi (Amerika futbolu) - 83,9 milyon
10. Giannis Antetokounmpo (basketbol) - 80,9 milyon
Mirağa