"Qarabağ"ın Türkiyə təmsilçisi "Ankaragücü"yə icarəyə verdiyi Ovusu Kvabenanın növbəti mövsümə harada başlayacağı maraq doğurur. 1-ci liqada vurduğu 7 qol, 4 məhsuldar ötürmə ilə komandasının elitaya yüksəlməsinə yardımçı olan qanalı forvardla bağlı vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün Ağdam klubunun baş direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq.
Onun Fanat.Az-a verdiyi açıqlama belə oldu:
"Kvabena özünü Türkiyə komandasında yaxşı tərəfdən göstərib. "Ankaragücü" üçün önəmli qollar vurub, sabit çıxışla yadda qalıb. Bildiyiniz kimi, komanda artıq Super Liqaya vəsiqəni təmin edib. Futbolçunun icarə müqaviləsinin müddəti başa çatdığı üçün yenidən danışıq aparmalıyıq. Açığı, onlar bizə yox, biz onlara müraciət etmişik. Hələ əlaqə saxlamayıblar. Əlbəttə, məsələyə yaxın vaxlarda aydınlıq gəlməlidir. Bu, çox da uzana bilməz. Həm klublar gələcək planlarını vaxtında müəyyənləşdirməli, həm də Kvabena özü yeni mövsümə harada başlayacağını bilməlidir".
Nihat