"Real Madrid" yarımmüdafiəçisi Luka Modriç ilə müqaviləni yeniləyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, tərəflər arasında razılıq əldə olunub, yalnız sənədləri imzalamaq qalıb. Yeni sözləşmənin müddəti 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub. Müqavilənin yenilənməsinə dair rəsmi məlumat yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, 36 yaşlı xorvatiyalı futbolçu 2012-ci ildən "Real Madrid"in şərəfini qoruyur. Arxada qalan 10 il ərzində Modriç 391 oyunda meydana çıxıb və 28 qola imza atıb.
Emin