İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xabi Alonso Belçikanın “Brügge” klubunun baş məşqçisi ola bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Xəbərə görə, "Brügge"nin hazırkı çalışdırıcısı Alfred Şröderin "Ayaks"a keçmə ehtimalı var. Bu səbəbdən Belçika təmsilçisinin rəhbərliyi diqqətini “Real Sosyedad”ın ikinci komandasına rəhbərlik edən ispan mütəxəssisə yönəldib.
Emin