İspaniya millisinin hücumçusu Alvaro Morata karyerasını "Barselona"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Kataloniya təmsilçisi ulduz futbolçu Robert Levandovskini transfer etməyi planlaşdırsa da, "Bayern Münhen" polşalı hücumçunu 2023-cü ilə qədər buraxmaq niyyətində deyil. Levandovski ilə bağlı planları suya düşən "Barselona" diqqətini Morataya yönəldib.
Qeyd edək ki, hüquqları "Atletiko Madrid"ə məxsus olan 29 yaşlı futbolçu 2020-ci ildən icarə əsasında "Yuventus"da çıxış edir.
Emin