"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu oglu - Ronaldu Cunior ilə birlikdə oynayana qədər karyerasını davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "West London Film Studios" şirkətinin təsisçisi, britaniyalı jurnalist Frenk Xalid Ronaldunun bu barədə dediklərini belə çatdırıb:
“Oğlum mənə dedi ki, "Ata, daha bir neçə il oyna! Mən səninlə bir komandada oynamaq istəyirəm." Bu, çox çətindir, amma mən bunu bacararam. Nə etmək olar? Gərək daha 6-7 il oynayım”.
Xatırladaq ki, portuqaliyalı ulduzun oğlu Ronaldu Cuniorun iyunda 12 yaşı tamam olacaq. O, hazırda "Mançester Yunayted" klubunun akademiyasında çıxış edir.
Emin