"Bayern Münhen"in hücumçusu Robert Levandovski Almaniya çempionatının final turunun "Volfsburq"la matçından (2:2) sonra klubdan ayrıla biləcəyi ilə bağlı danışıb.
Fanat.Az xəbər verr ki, o, Münhen təmsilçisində son oyununu keçirdiyini istisna etməyib:
“Bu, "Bayern" ilə son oyunum ola bilər. Yüz faiz əmin ola bilmərəm, amma mümkündür ki, belədir. Mən və klub üçün ən yaxşı həll yolu tapmaq istəyirik”.
Qeyd edək ki, polşalı forvard klubla müqaviləni uzatmaqdan imtina edib. Tərəflər arasında mövcud müqavilə 2023-cü il iyunun 30-na kimi hesablanıb. Levandovskinin "Barselona"ya keçəcəyi gözlənilir.
Mirağa