"Çelsi"nin baş məşqçisi Tomas Tuxel müdafiəçi Andreas Kristensenin mövsümün sonunda komandanı tərk edəcəyini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, onun söylədiyini tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən ictimaiyyətə çatdırıb:
"Bəli, biz mövsümün sonunda Kristenseni itirəcəyik".
Romano 26 yaşlı danimarkalının bir neçə həftə öncə "Barselona" ilə razılığa gəldiyini və iyunun 1-də azad agent qismində Kataloniya klubuna qoşulacağını vurğulayıb.
Nihat