PSJ-nin 23 yaşlı hücumçusu Kilian Mbappe Madridə son səfəri zamanı “Real Madrid”lə bütün detalları razılaşdıraraq klubdan indilik bu məlumatı açıqlamamağı xahiş edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Madridin baş direktoru Xose Anxel Sançes hətta Kiliana vaxt ayırmaq üçün digər agentlərlə planlaşdırılan bütün görüşləri də ləğv edib.
Mbappe PSJ-dən ayrıldığını bildirməyənə qədər "Real Madrid" transferi elan etməyəcək. Kilian böyük ehtimalla, 5 mövsümlük müqavilə imzalayacaq.
Emin