"Yuventus" London "Arsenal"ının müdafiəçisi Qabrieli transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Ekrem Konur şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Mənbə "topçular"ın 24 yaşlı braziliyalını 45 milyon avroya satmağa hazır olduğunu açıqlayıb.
Qabriel "Arsenal"a 2020-ci ildə, 26 milyon avro qarşılığında Fransanın "Lill" klubundan transfer olunub. Bu mövsüm İngiltərə Premyer Liqasında 33 matça çıxan cənubi amerikalı 4 qol vurub. Onun London klubu ilə olan müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq. "Transfermarkt" portalı onun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Nihat