"Tottenhem"in hücumçusu Harri Keyn italiyalı mütəxəssis Antonio Kontenin komandada baş məşqçi postunda qalacağına ümid edir.
Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçu bu barədə "Evening Standard" saytına belə danışıb:
"Kontenin gəlişindən sonra komandanın irəliləyişi açıq şəkildə görsənir. Qısa müddət ərzində nələrin baş verə biləcəyini gördük. Bu məşqçinin rəhbərliyi altında yeni mövsümün başlamasını səbirsizliklə gözləyirik".
Emin