"Layptsiq"in hücumçusu Kristofer Nkunku Bundesliqada 2021/22 mövsümünün ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, 24 yaşlı fransalı futbolçu ötən mövsüm komandasının heyətində 34 oyuna çıxıb, 20 qol vurub və 15 məhsuldar ötürmə edib.
2021/22-ci illər mövsümündə Nkunu həm də dörd dəfə ayın oyunçusu seçilib.
Emin