"Mançester Siti" Almaniya millisinin türk əsilli futbolçusu İlkay Gündoğanla vidalaşmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbə yarımmüdafiəçinin cari mövsümün sonunda başqa komadalarla danışıqlar aparmasına icazə verildiyini açıqlayıb.
Xəbərə görə, əsas heyətə düşməkdə çətinlik çəkən 32 yaşlı futbolçu daha çox oynaya biləcəyi kluba keçməkdə maraqlıdır.
Qeyd edək ki, 2016-cı ildən "Mançester Siti"də çıxış edən İlkay Gündoğanın Premyer Liqa təmsilçisi ilə 2023-cü ilin yayınadək müqaviləsi var.
Nihat