10:23 17.05.2022 391

PFL bütün bombardirlərə mükafat paylayacaq? - AÇIQLAMA

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün həyəcanı son turda da davam edəcək.

Çempionatın bürünc mükafatçısının adına məhz 27-ci turda aydınlıq gələcək.

Üstəlik, Premyer Liqanın bombardiri də mayın 21-də bəlli olacaq. Ancaq qalib bir yox, bir neçə futbolçu ola bilər.

Məsələ burasındadır ki, son tur ərəfəsində 5 oyunçunun - Filip Ozobiç, İbrahima Vadji, Kadi Borqes (hamısı "Qarabağ"), Coy-Lens Mikels ("Sabah") və Davit Volkovun ("Zirə") - aktivində 11 qol var. Üstəlik, onlardan bir qol az vuran "Neftçi"nin hücumçusu Tiaqo Bezerra da çempionatın ən məhsuldar futbolçusu adına real namizədlərdəndir. Başqa sözlə, bombardir adına 5-6 namizəd var. 

Pandemiyaya görə yarımçıq qalan 2019/2020 mövsümünü nəzərə almasaq, bu, qeyri-adi haldır. Qeyd edək ki, iki il əvvəlki çempionatda Baqali Dabo, Stiven Monroz (hər ikisi "Neftçi"), Mahir Emreli ("Qarabağ") və Peyman Babayi ("Sumqayıt") 20 turluq marafonda 7 dəfə fərqlənməyə imkan tapmışdılar. Azərbaycan çempionatları tarixində isə şərikli bombardirlər iki dəfə olub. 1995/1996 mövsümündə Fazil Pərvərovla Rövşən Əhmədov mövsümü 23 qolla başa vurubsa, 2016/2017-də Rauf Əliyev və Filip Ozobiç 11 dəfə fərqləniblər.

Maraqlıdır, bir neçə futbolçu (indiki vəziyyətdə 5) çempionatı eyni sayda qolla başa vurarsa, PFL bombardir üçün nəzərdə tutulan mükafatı kimə təqdim edəcək? 

Qurumun mətbuat katibi Aslan Şahgəldiyev Fanat.Az-a açıqlamasında suala belə aydınlıq gətirdi:

"Əvvəl də bənzər hallar olub. Düzdür, ilk dəfədir 5 futbolçunun bombardir olmaq ehtimalı var. Neçə nəfər olur olsun, hamısına mükafat veriləcək. Əvvəl qayda belə idi ki, iki və daha çox futbolçunun qol sayı eyni olanda mükafat digər qaydalara əsasən qalibə təqdim olunurdu.

Əsasnamədə nəzərdə tutulmuşdu ki, oyun sayı az olan və ya penaltidən daha az fərqlənən qalib elan olunurdu. Ancaq son illər həmin bəndləri nəzərə almırıq. Yəni eyni sayda qol vuran bütün futbolçulara mükafat verilir. Təbii ki, bu duruma da hazırıq. Marketinq şöbəmiz mükafat sifariş verəndə bütün halları nəzərə alır".   

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X