"Parma" klubunun qapıçısı Canluici Buffon "Qızıl top"un heç də həmişə ədalətli təqdim olunmamasından şikayətlənib.
Fanat.Az xəbər verir ki, qocaman qapıçı bu barədə "Sky İtaliya" saytına müsahibəsində bildirib:
"Orada heç də həmişə ədalət olmur. 2003-cü ildə Çempionlar Liqasının ən yaxşı oyunçusu seçildim ki, bu da qapıçı üçün nadir haldır. Amma ilk beşliyə də düşə bilmədim. Mən belə şeylərə əhəmiyyət vermirəm, çünki bəzi mükafatlar məni maraqlandırmır. Amma mən ədalət istəyirəm, çünki bu idmandır. Amma çox vaxt futbolda bunu görmürəm".
Emin