Polşa millisinin baş məşqçisi Çeslav Mixneviç yığma komandanın ulduz forvardı Robert Levandovskinin "Bayern Münhen"dən gedəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Meczyki.pl" saytı 52 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Robert mənə dedi ki, getmək ehtimalı var. Hazırda o, "Bayern" kimi böyük klubdadır, amma mən onun "Barselona"da olmasını istərdim. Polşalı futbolçu "Barselona"da oynasa, yaxşı olardı".
Emin