"Yuventus" mövsümün sonunda karyerasını bitirəcək Corco Kyelliniyə əvəzləyici axtarır.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi hazırda iki müdafiəçini nəzərdən keçirir.
Bunlar London "Arsenal"ından Qabriel, "Napoli"dən Kalidu Kulibalidir.
Xatırladaq ki, Kyellini İtaliya Kubokunun finalında "İnter"dən aldıqları yenilgidən (2:4) sonra bu yay butslarını mıxdan asacağını açıqlayıb.
Nihat