Növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gündəlik məsələ yeni baş məşqçinin seçilməsi olub.
Aparılan müzakirələrdən sonra namizədlər arasından Ayxan Abbasovun klubun strategiyasına daha uyğun olduğu vurğulanıb. Artıq PRO kateqoriyalı mütəxəssislə danışıqlara başlanıb. Danışıqlar müsbət nəticə verəcəyi təqdirdə Ayxan Abbasovla müqavilə imzalanacaq. Bu haqda ictimaiyyətə rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, Ayxan Abbasovun "Turan Tovuz"a keçəcəyi ilə bağlı ilk xəbəri Fanat.Az yaymışdı.
Mirağa