"Roma"nın baş məşqçisi Joze Mourinyu mövsümün sonunda "Yuventus"dan ayrılacaq Paulo Dibalanı komandasında görmək istəyir.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı şəxsən argentinalı oyunçu ilə əlaqə saxlayır və onun "canavarlar"a qoşulması üçün bacardığını edir.
Mənbə mütəxəssisin klub rəhbərliyini də Dibalanın azad agent qismində heyətə qatılması üçün rahat buraxmadığını vurğulayıb. Mourun "Roma" bossları ilə dəfələrlə bu mövzuda danışdığı və onları argentinalının komandada xüsusi rol oynayacağına inandırmağa çalışdığı bildirilib.
Xəbərdə paytaxt klubunun əfsanəsi Françesko Tottinin də Dibalanın pərəstişkarı olduğu və öz imkanlarından istifadə edərək ulduz hücumçunun "Roma"nın sıralarına cəlb edilməsinə can atdığı qabardılıb.
Nihat