İtaliyanın "Parma" klubu baş məşqçi Cuzeppe Yakinini B Seriyasındakı qeyri-qənaətbəxş nəticələrə görə istefaya göndərib.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.
58 yaşlı mütəxəssisin rəhbərliyi altında mövsümü 12-ci sırada başa vuran komandanı kimin çalışdıracağı bilinmir. Müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatmalı olan Yakiniyə təzminat ödənilib-ödənilməyəcəyi ilə bağlı da məlumat yoxdur.
Xatırladaq ki, İtaliya futbolunun canlı əfsanələrindən olan 44 yaşlı Canluici Buffon "Parma"da çıxış edir.
Nihat