"Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanq Qabon millisindəki çıxışını başa vurmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
32 yaşlı forvard 2009-cu ildən dəvət aldığı yığmada 72 matça çıxaraq 30 qol vurub. Pyer-Emerik milli tarixinin ən yaxşı bombardiridir.
Qeyd edək ki, Obameyanq "Barselona"ya bu ilin yanvarında "Arsenal"dan keçib. Qabonlu forvard Kataloniya klubuna azad agent qismində qoşulub. Onun İspaniya nəhəngi ilə olan müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdir.
"Transfermarkt" portalı ön xətt oyunçusunun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.
Nihat