"Ayntraxt"ın (Frankfurt, Almaniya) kapitanı Sebastian Rode "Qlazqo Reyncers"ə (Şotlandiya) qarşı Avroliqanın final matçında ciddi xəsarət alıb.
Fanat.Az xəbər verir ki, oyunun 5-ci dəqiqəsində toqquşma zamanı futbolçunun başı yarılıb. Həkimlərin müdaxiləsindən sonra meydana qayıdan Rode 90 dəqiqə mübarizə aparıb.
"Bild" nəşrinin yaydığı məlumata görə, futbolçunun zədəsi ciddi olub və başına 8 tikiş atılıb.
Qeyd edək ki, finalın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalib penaltilər seriyasında bəlli olub. 5:4 hesabı ilə üstün olan alman klubu Avropa Liqasının qalibi olub.
Emin