Qadın şahmatçılar arasında Azərbaycan çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda 2-ci turun görüşləri keçirilib.
Hesabat turu yarışın reytinq favoriti Gülnar Məmmədovanın ağ fiqurlarla Gövhər Beydullayevaya məğlub olması ilə diqqəti cəlb edib.
Qara fiqurlarla mübarizə aparan Ülviyyə Fətəliyeva isə Ayan Allahverdiyevanı məğlub edib.
Digər partiyalarda qalib müəyyənləşməyib. Türkan Məmmədyarova Xanım Balacayeva ilə, Xəyalə Abdulla Ləman Hacıyeva ilə xalı yarı bölüb.
Beləliklə, iki turdan sonra maksimum nəticə ilə Gövhər Beydullayeva liderliyə yüksəlib. Ondan yarım xal geri qalan Xanım Balacayeva və Ülviyyə Fətəliyeva 2-3-cü yerləri bölüşdürürlər.
Qeyd edək ki, qadınlar arasında XXXI ölkə çempionatının mükafat fondu 11 400 manat təşkil edir. Çempion şahmatçı 4000 manat qazanacaq.