"Milan"ın hücumçusu Rafael Leau karyerasını Fransada davam etdirə bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki. 22 yaşlı futbolçunun xidmətində PSJ maraqlıdır.
Mənbənin məlumatına görə, Liqa 1 təmsilçisi portuqaliyalı hücumçu üçün 70 milyon avro ödəmək niyyətindədir. "Milan" isə Leaunun satışına görə 100 milyon avro tələb edir.
Bundan başqa, “rossonerilər” portuqaliyalı futbolçuya yeni müqavilə təklif etməyə də hazırdır. Forvard PSJ-nin təklifindən imtina etsə, "Milan" onun illik maaşını 1,5 milyon avrodan 4,5 milyona qədər artıracaq.
2019-cu ilin avqust ayından "Milan"da çıxış edən Leau 29,5 milyon avroya "Lill"dən transfer olunub. Onun İtaliya klubu ilə olan müqaviləsinin müddəti 2024-cü ilin iyun ayına qədərdir. "Transfermarkt" oyunçunun bazar dəyərinin 50 milyon avro ilə qiymətləndirir.
Bu mövsüm portuqaliyalı hücumçu İtaliya A Seriyasında 33 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa