Region Liqasının finalında “Cəbrayıl”la qarşılaşacaq “Xan Lənkəran” rəhbərliyi tərəfindən Şamaxıya səfər üçün 6 avtobus ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə cənub təmsilçisi sosial şəbəkə hesabında elan paylaşıb.
Avtobuslardan 4-ü sabah saat 10:00-da "Xəzər Lənkəran" Mərkəzi Stadionunun qarşısından yola düşəcək.
“Xan Lənkəran” rəhbərliyi Bakıda yaşayan azarkeşlərini nəzərə alaraq, onların da Şamaxıya səfər etməsi üçün 2 avtobus ayırıb. Həmin avtobuslar saat 12:00-da Gənclik metrostansiyasının çıxışından bölgəyə yollanacaq.
Qeyd edək ki, "Cəbrayıl" - "Xan Lənkəran" matçı sabah saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.