"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti bu yay komandanı tərk edəcək Qaret Beyldən danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun söylədiklərini belə çatdırıb:
"Beylin müqaviləsinin müddəti başa çatır. Onun sabah "Betis"ə qarşı oynayıb-oynamamasının xüsusi önəmi yoxdur. Qaret "Real" tarixinin bir hissəsidir. Olduqca önəmli final matçlarında komandaya böyük faydası dəyib. O, Madridin yaddaşından silinməyəcək".
Beyl 2013-cü ildən "Real"dadır. Bu mövsüm İspaniya çempionatında 5 oyuna çıxan 32 yaşlı uelsli 1 qol vurub.
Nihat