Qətərdə keçiriləcək DÇ-2022-yə təyinat alacaq hakimlərin adları açıqlanıb.
Fanat.Az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 129 ədalət təmsilçisinin adı daxil edilib.
Onlardan 36-sı əsas, 69-u köməkçi, 24-ü isə VAR hakimidir.
Ruandalı Salima Mukansanqa, fransalı Stefani Frappar və yaponiyalı Yoşimi Yamaşita mundialların final mərhələsinə təyinat alan ilk qadın hakimlər kimi tarixə düşüb.
Əvəzində türkiyəli məşhur FIFA referisi Cüneyt Çakır mundialdan kənarda qalıb.
Qeyd edək ki, DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.