Gənclər və idman naziri Fərid Qayıbov rayon gənclər və idman idarələrinin rəislərini bir araya gətirib.
Nazirliyin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, yerli idarələrin fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayan Qayıbov onlara gənclər evləri, olimpiya idman kompleksləri və digər təşkilatlarla daha sıx əməkdaşlıq şəraitində işləməyi tövsiyə edib.
Bildirib ki, hər bir idarə öz fəaliyyətini müasir tələblərə uyğun qurmalıdır.
Nazir müavinləri Mariana Vasileva və İndira Hacıyeva uyğun olaraq, idman və gənclər siyasəti sahələrində görülməli işlərlə bağlı fikirlərini bildirib, təkliflərini diqqətə çatdırıblar.
Görüş zamanı nazir gənclər və idman idarələrinin rəislərini dinləyib, onların təklifləri və qaldırdıqları məsələlərlə maraqlanıb.