Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda üçüncü turun oyunları keçirilib.
Lider Gövhər Beydullayeva hesabat turunda Türkan Məmmədyarova ilə üz-üzə gəlib. Təcrübəli rəqibini də üstələyən 19 yaşlı şahmatçı ardıcıl üçüncü qələbəsini qazanıb.
Turnirin reytinq favoriti Gülnar Məmmədovanı yenən Ülviyyə Fətəliyeva isə 2,5 xalla ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət yarışa mayın 23-də yekun vurulacaq. Çempionatın mükafat fondu 11 400 manat təşkil edir. Qalib 4000 manat qazanacaq.